Şagirdimizin uğuru

2020/2021-ci tədris ili üçün ümumtəhsil müəssisələrinin şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı. Məktəbimizin şagirdi Sadıxova Həcər İbrahim qızı 300bal - maksimum balı göstərmişdir. Bu münasibətlə Həcəri təbrik edirik.
Gözəl qızımız, Həcər, aşağı siniflərdən hədəflədiyin buraxılış imtahanlarında maksimum nəticə əldə etməyin bizi çox xoşbəxt etdi. Ümid edirəm və əminəm ki, bu uğurlar davamlı olacaq. Bundan sonrakı illərində sənə zehin açıqlığı arzu edirik və gələcək də bu cürə yüksək nəticələr göstərəcəyinə inanırıq.