28 May Respublika Günü

1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin 47 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Nitq mədəniyyəti" dərnəyinin üzvlərinin iştirakı ilə 28 May Respublika Gününə həsr olunmuş onlayn açıq məşğələ keçirilmişdir.

Onlayn açıq məşğələni keçirməkdə məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini və Şərqdə ilk demokratik dövlət olmasını yetişməkdə olan gənc nəslə təbliğ etməkdir.

Onlayn məşğələdə dərnək rəhbəri Leyla Rzayeva və dərnək üzvləri iştirak edib. Onlayn məşğələ zamanı 28 May Respublika Gününə həsr olunmuş video çarx nümayiş olunub və dərnək üzvləri tərəfindən şeir kompozisiyaları və mətnlər səsləndirilmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi