Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olması münasibətilə məktəbin tərbiyə işləri üzrə direktor müavini və Uşaq Birliyi Rəhbərinin təşkilatçılığı ilə şagirdlərlə birlikdə görkəmli elm xadiminin məzarı ziyarət edilib.