9 May - faşizm üzərində Qələbə Günü

08 may 2021-ci il tarixində 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin 47 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Nitq mədəniyyəti" dərnəyinin üzvlərinin iştirakı ilə 9 may bəşəriyyətin alman faşistləri üzərində qələbə qazanmasının 76-cı il dönümünə həsr olunmuş açıq dərs keçirildi.
Online açıq dərsin keçirilməsində məqsəd 9 may qələbə sevincini bizlərə yaşadan tarixi qəhrəmanlarımızı tanıtmaq, şagirdlərdə vətənpərvərlik ruhunun inkişaf etdirməkdir.