
Bakı Şəhər Təhsil İdarəsinin 2016-cı il üçün Fəaliyyət Planına uyğun olaraq “Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda 21 may tarixində 47№-li tam orta məktəbdə pedaqoji və şagird kollektivinin iştirakı ilə böyük tədbir keçirilmiş, Azərbaycanın Milli Qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda şücaət göstərmiş əsgərlərimizin tanıdılması ilə əlaqədar məqsədəmüvafiq işlər həyata keçirilmişdir. Tədbirdə aşağıdakı iştirakçılar çıxış etdi:Yazıçılar Birliyinin Aran Bölməsinin sədri Sərvaz Hüseynoğlu, fiologiya elmləri doktorları Əziz Musa və Adil Cəmil, Prezident təqaüdçüsü, Aşıq Pəri məclisinin üzvü, şairə Gulayə xanım, gənc yazar, Millixəbər.az İnformasiya Portalının rəhbəri Zamin Zeynal, Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firidun Məmmədov, veteranlar Seymur Abışov, Ədalət Məhərrəmov, Yusif Quzanov, Novruz İsmiyev, Respublikamızda vətənpərvərlik mövzusunda mahnıların və hərbi marşların müəllifi Şəmistan Əlizamanlı və Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev, Yeni yurd ictimai birliyinin sədri Əsədova Mahirə, Qazilər.az saytının sədri Rey Kərimoğlu, Xocalı soyqırım təşkilatının sədri, “Haray” qazetinin baş redaktoru Şamil Sabiroğlu, Milli Qəhrəmanlar tanıtma ictimai birliyinin sədri Urxanlı Elşən, Milli Qəhrəmanlar tanıtma birliyinin Lənkəran şöbəsinin sədri Ələkbər.Tədbirdə Nərimanov rayonu ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərindən nümayəndələri və Bakı Şəhər Təhsil İdarəsinin vətənpərvərlik işləri üzrə əlaqəndirici polkovnik – leytenat Mürsəl Qurbanov iştirak və çıxış etdi.Tədbir yüksək səviyyədə hazırlandığından iştirakçıların uzun zaman yaddaşlarında və xatirələrində həkk olunacaqdır.Tədbirdə müxtəlif siniflərdən olan şagirdlər çıxış edirdi.VI sinif şagirdləri Azadov Kənan, Eyvazlı Murad, Əsgərov Humay, Həmidli Ayxan, Xəlilova Aynur, İsgəndərli Haşir, İbrahimli Tural, Quluzadə Fatimə, Məmmədli Fidan, Məmmədova İlahə,Rüstəmova Mədinə,Rüstəmov Əlisuvar, Səfərov Rəvan, Süleymanzadə Fərid, Səfərova Ayla,Abışov Nihad,Abed-Kuhi Leyla.VIII sinif şagirdləri İsmayılzadə Fidan,İbrahimli Selcan,Məmmədova Aytac,Cəbizadə Məryəm,Heydərov Gülər.IX sinif şagirdi İbrahimov Tural.X sinif şagirdləri Süleymanzadə Cavid, Talıbzadə Nilufər,Sərdarov Nicat,Sultani Əli, Əhmədov Nurlan,Dəmirçiyev Əhməd, Əliyev Rza,İmamverdiyev Şövqi.V sinif şagirdləri Həsənov Ramal,Nəbiyev Əli,Rüstəmova Nərminə, Kərimova Fatimə çıxışları iştirakçılar tərəfindən rəğbətlə qaşılandı.X sinif şagirdlərin iştirakı ilə M.Hüseynin “Odlu Qılınc” əsəri səhnələşdirilmişdir.Tədbiri məktəbin direktoru Aytən xanım Bağırova yekunda iştirakçılar və dəvət olan qonaqlara dərin təşəkkür və minnətdarlığın bildirdi.