Yol hərəkəti təhlükəsizliyi

Məktəbdə “Yol hərəkəti təhlükəsizliyi”nə həsr olunmuş dərslər təşkil olundu. Dərslər I-IV siniflərdə keçirildi. Kiçik yaşlı şagirdlər arasında belə dərslərin keçirilməsi zəruri haldır. Çünki yol hərəkəti qaydalarının kiçik yaşlarından öyrənilməsi onların gələcəkdə də bu qaydalara riayət etmələrinə şərait yaradır.

    Müəllimlərin köməkliyi ilə şagirdlərə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması , yol nişanları barədə geniş məlumat verildi.