Açıq dərs

Məktəbimizin riyaziyyat müəllimi Muxtarova Xuraman 6b sinfində "Qonşu və qarşılıqlı bucaqlar"mövzusunda açıq dərs keçmişdir.Dərsdə məktəbin direktoru Bağırova Aytən,təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə ,riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Məmmədova Gülnarə,riyaziyyat müəllimi Cəfərova Könül ,Azərbaycan dili və ədəbiyyat müəllimi Şirəliyeva Gülnarə iştirak etmişdir. Müəllimin yeni metodika ilə keçirdiyi açıq dərs şagirdlərin yüksək fəallığı ilə seçilirdi. Şagirdlər “Odlar yurdu” “Marş irəli” və “Türkün bayrağı”adlı qruplara əyləşmiş, verilən tapşırıqların öhdəsindən gəlməyə çalışmışlar. Riyaziyyat fənnini tədris edən Muxtarova Xuraman bildirir ki, bu cür dərslər şagirdlər tərəfindən maraqla qarşılanır və mənimsənilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi