5a sinif şagirdləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibət ilə tədbir keçirdilər

6may 2016-cı ildə 5a sinif şagirdləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibət ilə tədbir keçirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandıqdan sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Şagirdlər ulu öndərə həsr olunmuş şeirlər və musiqi parçaları səsləndirdilər.Tədbirdə məktəbin direktoru A.T.Bağırova çıxış edərək ulu öndər Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyub, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün ciddi islahatlar aparıb. Onun yorulmaz fəaliyyəti nəticəsində çox qısa zamanda Azərbaycan iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında öz layiqli yerini tutub.Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, ölkəmizin beynəlxalq birliyinin nüfuzlu və güclü bir üzvü olaraq mövqelərinin möhkəmləndiyi qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi