Xocalı faciəsi unudulmur

Məktəbdə “Xocalı faciəsi unudulmur” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan tədbirdə Xocalı şəhidləri başda olmaqla, torpaqlarımız uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər.