21 Fevral Beynəlxalq Ana dili günü

21 Fevral Beynəlxalq Ana dili günüdür. Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir.
Dil millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
5c sinif şagirdləri 21 Fevral Beynəlxalq Ana dili Günü münasibəti ilə xüsusi tədbir keçirdilər. Tədbirdə məruzələr dinlənildi, ana dilinə həsr olunmuş şeirlər və mahnılar ifa olundu.
Bu tədbirdə millətin dilinin dövlət dili statusuna yüksəlməsinin tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olması bir daha vurğulandı.