“Şanlı Tarixim” adlı bilik yarışması

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14.12.2019-cu il tarixli Sərəncamına əsasən cari ildə Azərbaycan tarixinin geniş təbliği və maarifləndirmə məqsədilə məktəbimizin 7-ci sinifləri arasında tariximizin müxtəlif dövrlərini əhatə edən “Şanlı Tarixim” adlı bilik yarışması keçirildi.
Siniflər 7 nəfərlik komanda ilə təmsil olunurdu. Belə ki, 7a sinfinin “Şirvanşah”, 7b sinfinin “Odlar Yurdu” və 7c sinfi “Əlincə” komandaları yarışdılar. Müsabiqənin gedişinə və qiymətləndirməyə məktəbin Tərbiyə işləri üzrə Direktor Müavini Rübabə Abuşova, Tarix fənn müəllimləri Nəbi Əlirzayev və Büllurə Şərifova nəzarət edirdi. Komandalara tariximizin müxtəlif dövrlərini əhatə edən suallar təqdim olundu. Komandaların qalib gəlmək uğrunda apardıqları coşğun mübarizədə 7a sinfinin “Şirvanşah” komandası I Yer, 7b sinfinin “Odlar Yurdu” komandası II yer, 7c sinfinin “Əlincə” komandası isə III Yerə layiq görüldü. Münsiflər heyəti müsabiqənin mübarizədən ziyadə öyrədici və maarifləndirici üstünlüyünün olmasını şagirdlərə qeyd etdilər.