20 Yanvar

    47 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd ediblər. Tədbirdə məktəbin direktoru Aytən Bağırova 30 il bundan əvvəl keçmiş sovet ordusunun əsgərləri tərəfindən Bakı küçələrində törədilmiş vəhşiliklər haqqında məlumat verilib. O, 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib. Bildirilib ki, o vaxt Moskvada yaşayan Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib, bu faciəni törədən keçmiş SSRİ rəhbərliyini ittiham edib. Daha sonra müəllimlər və şagirdlər xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışıb, ermənilərin qəsbkarlıq siyasətinə etiraz edən dinc əhaliyə sovet rejimi tərəfındən qanlı divan tutulmasını, qocalara, qadınlara, uşaqlara aman verilməməsini pisləyiblər. Tədbirdən sonra 20 Yanvar faciəsi qurbanlarının məzarı - Şəhidlər Xiyabanı ziyarət edilib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi