Cəfər Cabbarlının 120 illik yubileyi

Məktəbdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, şair, əməkdar incəsənət xadimi, dahi şəxsiyyət C.Cabbarlının 120 illik yubileyinə həsr olunmuş “Mən bir susmaz duyğuyam ki..” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd C.Cabbarlının həyat və yaradıcılığı ilə şagirdlərimizi yaxından tanış etmək, ədibin zəngin irsini yetişməkdə olan gənc nəslə təbliğ etmək və sevdirməkdir
Tədbirdə məktəbimizdə fəaliyyət göstərən “Nitq mədəniyyəti” dərnəyinin üzvləri tərəfindən C.Cabbarlının “Ana”, “Mən bir susmaz duyğuyam ki..”, “Azərbaycan bayrağına”, “Salam”, “Ölkəm”, “Olmasın”, “Ey dan ulduzu” kompozisiyaları, “Ədirnə fəthi” əsərindən səhnəcik, və “Ölkəm” şeirinə həsr olunmuş musiqi nömrəsi nümayiş etdirildi
Tədbirdə məktəb rəhbərliyi, mərkəzin əməkdaşları, valideynlər, şagird və müəllim kollektivi iştirak edib.