“Breyn-rinq” bilik yarışı

“Məktəblinin dostu” layihəsi çərçivəsində məktəbdə “Breyn-rinq” bilik yarışı keçirilib. Təşkil olunan yarışda 3 komanda iştirak edib. Bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin inkişaf etdirilməsindən ibarətdir. 9-cu sinif şagirdlərinin iştirak etdiyi intellektual oyunda 1-ci yerin qalibi “Forever”, 2-ci yerin qalibi “Ulduzlar”, 3-cü yerin qalibi isə “İntelektlər” komandası olub. Qalib komandalara sertifikatlar təqdim edilib.