“Bullinq nədir və onun fəsadları” mövzusunda maarifləndirici söhbət

Məktəbdə şagirdlərlə “Bullinq nədir və onun fəsadları” mövzusunda tərbiyəvi söhbətlər aparıldı. “Bullinq nədir?” mövzusunda maarifləndirici söhbət aparan məktəbin psixoloqu Günay Abbasova şagirdlərin verdikləri sualları ətraflı cavablandırdı. Söhbət zamanı zorakılığın fəsadları və insan həyatındakı mənfi təsiri barədə müzakirələr aparıldı. Sonda mövzu əsasında hazırlanmış video-çarx izlənildi.