Azərbaycanın xalq şairi Səməd Vurğunun 110 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirildi

Məktəbin 9d sinfində Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirildi. Əvvəlcə Səməd Vurğunun həyat və yaradıcılığı haqqında məlumat verildi. Bildirildi ki, Səməd Vurğun dünyaya göz açdığı vaxtdan sazla, sözlə böyüyüb. Xalq ruhu, milli adət-ənənələr, insanların məişəti onu ömrü boyu düşündürüb və bu mövzular sənətkarın poeziyasından ana xətt olaraq keçib.Şagirdlər Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ədəbi irsindən olan parçaları Azərbaycan, Rus, İngilis dillərində səsləndirdilər.Tədbirdə böyük şairin poeziyasından nümunələr, 30-cu illərdə qələmə aldığı “Azərbaycan” şeirinə bəstələnmiş mahnı səsləndirildi, “Vaqif” dramından səhnəciklər göstərildi. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan” şeirinin videoçarxı nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi