Voleybol turniri-finalAzərbaycan Təhsil İşçiləri Azad Həmkərlar İttifaqı Nəsimi Rayon Komitəsi tərəfindən keçirilən, 8 noyabr Zəfər gününə həsr olunmuş müəllimlər arasında keçirilmiş Voleybol üzrə yarışlarda məktəbimiz 3-cü yerə çıxaraq kubok və fərmanla təltif olundu. Oyunda idman müəllimləri Ramin Manaflı, Nadejda Karataşova, Ümid İmanli, Elvira Əliyeva, hərbi rəhbər Vaqif Abbasov, uşaq birliyi rəhbəri Süsən Məmmədova, psixoloq Nuranə Məmmədova, texniki işçi Mehdi Sadıqov, texniki işçi Ramiz Mustafayev iştirak edirdi. Qazanılan uğurda payları olan hər kəsə dərin minnətdarlığımızı bildirir, səslərinin daha da zirvələrdən gəlməsini arzulayırıq.
“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı rəsm müsabiqəsiNəsimi rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Nəsimi rayonu məktəbliləri arasında 20 Yanvar faciəsinin 32-ci ildönümünü münasibəti ilə keçirilən “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı rəsm müsabiqəsində fərqləndiyinə görə məktəbimizin şagirdi Hacızadə Jizel diplom ilə təltif olunmuşdur.
“Ustalığa namizəd” norması yerinə yetirilibMəktəbimizin 6A sinif şagirdi Aslanov Rəvan məktəbdə keçirilən dama dərnəyinə qatılaraq bir çox müsabiqələrin qalibi olmuş, kubok, diplom və medallarla təltif olmuşdur.
2019 – cu ildə Azərbaycan birincisi olaraq Bolqarıstan Respublikasında altmış dörd xana üzrə keçirilən Avropa çempionatlığına, Polşa Respublikasında yüz xana üzrə keçirilən Dünya çempionatlığına qatılıb.
2021 – ci ildə dama üzrə “Ustalığa namizəd” normasını yerinə yetirib.