Aerobikada ikinciyikMəktəbimizin 2A sinif şagirdi Fatimə İsmayılova aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında ikinci yerə layiq görülərək diplom və medalla təltif olunmuşdur.
Üzgüçülükdə naliyyətimizMəktəbimizin 7Ç sinif şagirdi Oqtay Hüseynov Praqada keçirilən üzgüçülük üzrə beynəlxalq turnirdən ikisi qızıl və ikisi bürünc olmaqla ümumi 4 medalla vətənə qayıtdı. Şagirdimizi təbrik edir, uğurlarının davamını arzulayırıq.
Üzgüçülükdə uğurlarımız davam edirÜmummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş üzgüçülük turnirində məktəbimizin 9B sinif şagirdi Səid Əlimov üzgüçülüyün brass növü üzrə 1-ci yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur.