Taekvondoda zəfərMəktəbimizin 6B sinif şagirdi Toğrul Hüseynli Akıncı Gənclik Spor Klubu tərəfindən həyata keçirilən və Türkiyədə baş tutan Taekvondo yarışında 36 kiloqram çəki dərəcəsində 1-ci yerə çıxaraq diplom və medalla təltif olunmuşdur.
Şahmatda qalibiyyət"Təhsil RİM" PHŞ-nin Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman məktəbi publik hüquqi şəxsi və "Ağ At" şahmat klubu 2 fevral Gənclər Gününə həsr olunmuş şahmat turnirinin A qrupunda oğlanlar arasında 1-ci yer tutduğuna görə məktəbimizin 7 B sinif şagirdi Əziz Məmmədov diplomla təltif olunmuşdur.
Gimnastikada daha bir uğurMəktəbimizin 5 A sinif şagirdi Nilay Əliyeva İOEUG gimnastika məktəbinin təşkil etdiyi Batut gimnastikası üzrə məktəb birinciliyində fərqli bölmələr üzrə 1-ci və 2-ci yerləri tutduğuna görə diplom və medalla təltif olunmuşdur.