20 Yanvara həsr olunmuş dəyirmi masa keçirildi

Məktəbin kitabxanasında kitabxanaçı Təzəgül Məmmədova və Azərbaycan dili müəllimi Günnur İsgəndərovanın təşəbbüsü ilə dəyirmi masa keçirildi. 20 Yanvar hadisələrinə həsr olunmuş tədbirdə müəllim şagirdləri məlumatlandırdı, onların baş vermiş hadisələrlə bağlı bildikləri məlumatlar əsasında müzakirələr apardı. 5C sinfindən Atayeva Ayla, Zahidova Nilgün, 6Ç sinfindən Əbilli Səmra, Ismayılova Humay, 7C sinfindən Uqalayeva Məryəm Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından şeirlər səsləndirdilər. Həmçinin 5B sinif şagirdləri də bildikləri məlumatları səsləndirdilər.

“Allah bütün şəhidlərimizə rəhmət etsin!“

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi