Məktəbimizin 4Ç sinif şagirdi Əlbadi Nəcəfli aprelin 28-29-da Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının təşkilatçılığı ilə 13-cü Avropa çempionatında Azərbaycan Bayrağı ilə Avropa Çempionu titulu üzrə 3-cü yer, Komanda döyüşlərində 1-ci yer, Dünya Kuboku döyüşlərində 2-ci yer və Dünya Kubokuna layiq görülmüşdür.
25-28 aprel tarixləri arasında Türkiyənin Antalya şəhərində baş tutan qılıncoynatma üzrə EFC U14 Cirkuit turniri çərçivəsində məktəbimizin 8 C sinif şagirdi Rəhman Məmmədov Anar oğlu şəxsi yarışda 107 iştirakçı arasında 6-cı yerə layiq görüldü və bürünc medal və diplomla mükafatlandırıldı. Komanda yarışında isə komanda üzvləri 22 komanda arasında 3-cü yerə layiq görülərək bürünc medala sahib oldular.
Həmçinin, Rəhman Məmmədov nəticələrinə görə "İdman Ustalığına Namizəd" dərəcəsinə laiq görüldü.
Şagirdimizi təbrik edir, gələcək yarışlarda və təhsilində uğurlarının bol olmasını arzulayırıq.