15 sentyabr Bilik Günü

Bu gün məktəbdə 15 sentyabr Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, müəllim və rəhbər heyəti, valideynlər iştirak ediblər. Məktəbin direktoru Əzizə Abasova şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və keçənilki uğurlarımızdan danışıb. Ali məktəblərə qəbulda yüksək nəticə göstərən şagirdləri tədbir iştirakçılarına təqdim edib. Birinci siniflər üçün ilk zəng çalındıqdan sonra yeni tədris ilinə başlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi