Bullinq nədir?

"Bullinq nədir? " mövzusunda maarifləndirici seminar

Noyabrın 25-də  Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev və Uşaq Birliyi Təşkilatının rəhbəri Ləman Əhmədovanın təşkilatçılığı ilə V-VI sinif şagirdləri arasında "Bullinq nədir?" mövzusunda maarifləndirici seminar keçirildi.
Seminarda qeyd edildi ki, məktəbdə tez-tez rast gəlinən hadisələrdən biri də bullinqdir. Yəni məktəb cəmiyyətinin ən zəif üzvünün aqressiv şəkildə təqib edilməsidir. Bullinqin səbəbləri çox fərqli ola bilir: bullinqi həyata keçirənlər bullinqə məruz qalanın valideynlərindən, maddi durumundan, yaxşı oxumasından, danışıq tərzindən, geyimindən və ya hətta saç düzümündən belə xoşlanmaya bilər.

Sonda şagirdlərlə müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı.
Seminarı təşkil etməkdə əsas məqsəd ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi