Son zəng tədbiri.

14.06.2025-ci il tarixində məktəbimizdə Son zəng tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri məktəbin direktoru Allahyarlı Tacəddin müəllim açaraq məzunlara uğurlar arzuladı. Şəhid ailələrinə söz verildi, onların çıxışı tədbirə xüsusi duyğusallıq qatdı. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri - Vüsal Cabbarov və Gülaran Əliyeva da məzunları təbrik etdi. Bir -birindən maraqlı musiqilər, rəqslər göstərildi.