FƏXRİMİZ

Azərbaycan Respublikasının  xalq artisti, mərhum  bəstəkar  Cahangir  Şirgəst  oğlu  Cahangirov  20 iyun  1921- ci ildə    Balaxanıda  anadan olub və ilk  ibtidai təhsilini  Balaxanı qəsəbəsi  4 N -li məktəbdə  almışdır. Daha sonra  təhsilini  A.Zeynallı adına  Bakı   Musiqi Məktəbində,  Azərbaycan Dövlət  Konservatoriyasında (1951,B.Zeydmanın  bəstəkarlıq sinfi)  davam etdirmişdir. C.Cahangirovun yaradıcılığı  öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və  instrumental  musiqiləri,  operaları,  bir - birindən gözəl  mahnıları var. Bunlara misal olaraq  bəstəkarın xor musiqisi sahəsində  maraqlı əsərlərindən  “ Arazın o tayında”   poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı”  kompozisiyasını, “ Azad” və “Xanəndənin  taleyi” operalarının  xor nömrələrini,” Füzuli”, “Nəsimi”,”Aşıq Alı” kantatalarını, “Səbir”oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı  odanı, onlarca  xor miniatürlərini  göstərmək olar.  Sadalanan  əsərlərdən  xüsusilə “Füzuli”  kantatası  Cahangir Cahangirova böyük şöhrət  gətirib.

Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı   görkəmli əsərlərilə   yanaşı , musiqi  xəzinəmizi  zənginləşdirən  çoxlu mahnıları da  vardır. Onun “Ana”, “Aylı gecələr”,”Bakı”,” Dan ulduzu , bir də mən”,”Ay qız”, “Ala göz” və s  mahnıları  dillər əzbəridir. Cahangir Cahangirovun  bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan “ ayrılaraq” xalq arasında  yayılmışdır. Bu mənada “  Yenilməz batalyon” filmindən

“ Teymurun mahnısı” nı,”Koroğlu” filmindən  “ Xanəndə qızın  mahnısı” nı,”Dəli Kür” filmindən “Ana kür” və “ Bayatılar” mahnılarını  yada salmaq olar.

Cahangir Cahangirov  klassiklərin  yaradıcılığına da müraciət etmiş, ürəyəyatımlı  mahnı  və romnanslar yazıb. Hələ 1947- ci ildə  Nizaminin anadan  olmasının 800 illik  yubileyi  günlərindəı  bəstəkar şairin  sözlərinə “ Gül camalın”  romansını  və xor üçün  “ Qəzəl “ əsərini yazıb.Azərbaycanın mütəfəkkir  şairi İmamədddin  Nəsiminin 600 illik yubileyi günlərində  şairin bir qəzəli əsasında  mahnı-romans  yazıb.”Ənəlhəq” adlanan  həmin əsər Azərbaycan  Teleradio  Verilişləri Şirkətinin  keçirdiyi  müsabiqədə  birinci mükafata  layiq görülüb.Əməkdar incəsənət xadimi (1959), xalq artisti(1963), SSRİ dövlət mükafatı  laureatı (1950) Cahangir Cahangirov 1992- ci ilin   martında  vəfat edilib. Məzarı  Fəxri Xiyabanda yerləşir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi