Pedaqoji şura.

17.06.2025-ci il tarixində C.Cahangirov adına 4 nömrəli tam orta ümümtəhsil Publik hüquqi şəxs statuslu məktəbdə 2024-2025-ci tədris ili üçün sonuncu Pedaqoji Şura iclası keçirilmişdir.
İclasda gündəlikdə duran məsələlər:
2024-2025-ci tədris ili üzrə yekun hesabatların dinlənilməsi, buraxılış siniflərdə imtahan nəticələrinin müzakirəsi, il ərzində tədrisin keyfiyyəti, şagird davamiyyəti, 2024-2025-ci tədris ili ərzində yaranan problemlər, problemin həlli yollarının müzakirəsi, sertifikasiya prosesində iştirak edəcək müəllimlərin təkrar məlumatlandırılması, 9 və 11-ci sinif şagirdlərinin ümumi və tam orta təhsil haqqında attestatlarının verilməsinin müzakirəsi, şagirdlərin sinifdən sinifə keçirilməsi məsələsinin müzakirəsi.
Təhsil prosesinin daim yeniləşən tələbləri fonunda bu nəticələri və təhlilləri bir mərhələ kimi qiymətləndirərək daha yüksək nəticələrə doğru irəliləmək məqsəd qoyulmuşdur.