"Uşaq hüquqlar" aylığı

29.10.2019-cu il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 1"A" sinif rəhbəri Sədaqət Qasımovanın rəhbətliyi altında "Uşaq hüquqları" ilə bağlı təşkilat saatı keçirildi.Sinif rəhbəri şagirdlərə uşaq hüquqları ilə bağlı ətraflı məlumat verdi.Daha sonra Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir adına kitabxananın müdiri Məlahət xanım da şagirdlərə respublikamızda 20 oktyabr - 20 noyabr tarixləri arasında keçirilən "Uşaq hüquqları" ilə bağlı məlumat verdi.Şagirdlərin hazırladıqları divar qəzetləri və əl işləri nümayiş olundu.