"Uşaq hüquqlar" aylığı

20 oktyabr - 20 noyabr "Uşaq hüquqları" aylığı çərçivəsində Bakı şəhər C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə ibtidai siniflərdə təşkilat saatları keçirilmişdir.
Sinif rəhbərləri uşaq hüquqlarının qorunması, uşaqlara göstərilən diqqət və qayğı haqqında geniş məlumat verib.Azərbaycanda da uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd edilib. Bildirilib ki, artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. Şagirdlər çıxış edərək uşaqların hüquqları ilə bağlı fikirlərini bildiriblər.Suallar cavablandırılıb.
Qeyd edək ki, ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində hər il ölkəmizdə "Uşaq hüquqları" aylığı çərçivəsində tədbirlər keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi