"Ana müqəddəs varlıqdır"

Məktəbdə "8 Mart Beynəlxalq Qadınlar günü"nə həsr olunmuş "Ana müqəddəs varlıqdır" adlı tədbir keçirilmişdir. Şagirdlərin bayram əhval-ruhiyyəli çıxışları, anaların şərəfinə söylənilən şeirlər, ifa olunan mahnılar, gözəl rəqslər, səhnəciklər tədbir iştirakçılarının sevincinə səbəb olmuşdur. Xüsusən, ibtidai sinif şagirdlərinin müxtəlif dillərdə söylədikləri təbrik sözləri, birincilərin ifa etdiyi "Əziz ana, can ana" mahnısı hamının könlünü oxşamışdır.