8 Mart Qadınlar Bayramınız mübarək

07.03.2019-cu il tarixində C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə "8 Mart Beynəlxalq Qadınlar günü" nə həsr edilmiş "Gözəllik bayramı" adlı tədbir keçirildi.Bayram əhval - ruhiyyəli tədbirdə şagirdlərin rəngarəng çıxışları, söylədikləri şeirlər, ifa etdikləri mahnı və rəqslər hamı tərəfindən alqışla qarşılandı.
Sonda məktəbimizim direktoru Fətdanə müəllimə, təlim- tərbiyə işləri üzrə direktor müavini Gülaran müəllimə və Azərbaycan dili ədəbiyyat müəllimi Məmməd müəllim bayram münasibətilə qadın müəllimləri təbrik etdilər.
Bayramınız mübarək, əziz xanımlar !