Xocalı soyqırımı

Azərbaycan Respublikası Təhsil nazirinin 12.02.2019-cu il tarixli, F-78 nömrəli "Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə" əmrinin icrasını təmin etmək , ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək , böyüməkdə olan nəslə doğma vətənə sevgi , məhəbbət hislərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə 25.02.2019-cu il tarixində C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə " Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya təşkil olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.Daha sonra "Xocalı soyqırımı" nı əks etdirən video-çarx nümayiş etdirildi.Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən şagirdlərin söylədikləri şeirlər, səhnələşdirdikləri səhnəciklər, "Sarı gəlin" rəqsi ilə bir daha sübut etməyə çalışdılar ki, qədim tarixə , mədəniyyətə malik Azərbaycan torpağı heç vaxt yağı düşmənə baş əyməyib və əyməyəcəkdir.
Tədbirin sonunda "Qalx , qalx , Ulu Torpaq ! " musiqisinin sədaları altında səslənən sözlər , hamı tərəfindən alqışlandı.
"Biz inanırıq ki, vaxt gələcək , biz gənc nəsil Qarabağın gözəl , səfalı guşələrində qələbə əzmli tədbirlər keçirəcəyik ! "