Valideynin məktəbdə bir günü

18 fevral 2019-cu il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən "Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirildi.Tədbirin keçirilməsində məqsəd valideynləri övladlarının təhsil aldığı məktəblə yaxından tanış etmək və eyni zamanda valideynlərlə məktəbin pedaqoji, texniki işçi heyyətinin arasındakı ünsiyyəti daha da inkişaf etdirmək idi.
Valideynlər məktəb kitabxanası, sinif otaqları, məktəb yeməkxanası, ümumilikdə, məktəb mühiti ilə tanış oldular. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini valideynlərin qarşısında çıxış edərək məktəb şagirdlərinin qazandıqları uğurlardan , şagirdlərin bilik yarışlarında , müsabiqələrdə iştiraklarından danışdı, valideynlərə məktəblə birgə fəaliyyətdə olmağı tövsiyə etdi.Çıxış edən valideynlər öz arzu və təkliflərini bildirdilər. Daha sonra şagirdlərin fəal iştirakı ilə bədii hissə oldu.Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi