"Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"

Bakı şəhər məktəblilərinin kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi,şagirdlərin praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə "Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə" nin 15.6-cı bəndinə əsasən 14.02.2019-cu il tarixində C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin Kimya müəllimi Ülviyyə Xəlilovanın rəhbərliyi altında "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi" nin məktəb mərhələsi keçirildi.
Müsabiqədə IX,X,XI sinif şagirdlərindən ibarət 3 komanda iştirak etdi.Şagirdlər 2(iki) akademik saat ərzində sualları cavablandırdılar.
Tədbirdə məktəb rəhbərliyi, sinif rəhbərləri də iştirak edirdi.
Sonda qalib komanda rayon mərhələsində iştirak hüququ qazandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi