Riyaziyyat - elmlərin şahıdır

Məktəbdə tədris ilinin İllik Fəaliyyət planına əsasən dekabr ayında "Riyaziyyat fənn aylığı" üzrə açıq dərslər həm ibtidai,həm də yuxarı siniflərdə təşkil edilmişdi. Riyaziyyat fənnini tədris edən müəllimlər: İbrahimova Cəmilə Şamil qızı IXc s-də, Ələkbərova Rəfiqə Sabir q. VIb s-də, Hacıyeva Təranə Qurban q VIIIa s-də; ibtidai sinflərdə : Rəfiyeva Rizvanə Məmməd q Ib s-də,Dadaşova Afaq Zakir q IIa s-də,Zeynalova Vüsalə Mənsum q IIb s-də, Quliyeva Xatirə Salman q IIc s-də,Rəhimova Rəvanə İkram q IVa s-də, Hüseynova Vüsalə Elman q IVb s-də, Abbasova Zinət Ramiz q IVc s-də, Salmanova Könül Razim q IIIa s-də, Hüseynova Elnarə Ramiz q IIIc s-də açıq dərs zamanı fənlərin inteqrasiyasını,biliklərin yeni meyarlarla üzə çıxarılıb qiymətləndirilməsini,yeni təlim metodlarından,İKT-dən geniş istifadə edilməsini başlıca vəzifələrdən biri hesab etmişlər. Gənc müəllimlərdən Məmmədova İlahə Məmməd q Ic s-də, Həsənova Gülər Fərhad q Id s-də, Bəylərova Yasəmən Səfər q Iç s-də,Əliyeva Sevda IIç s-də riyaziyyat fənni üzrə açıq dərs zamanı əyani və texniki vəsaitlərdən istifadə edərək, təcrübəli müəllimlərdən geri qalmamağa çalışmışlar. Bir neçə dərsin sonunda riyaziyyat fənninin " Dünya Azərbaycanılarının Həmrəylik günü", "Yeni il"in gəlişi ilə əlaqələndirilməsi, 5-10 dəqiqəlik də olsa bayram əhval-ruhiyyəsini şagirdlərə yaşatmaq dərsi müşahidə edən hər bir kəs tərəfindən rəğbətlə qarşılandı. Hər bir dərsin sonunda fənn müəlliminə dərsin müsbət və mənfi cəhətləri açıqlanmış, metodiki tövsiyyələr verilmişdir.