Azərbaycanlıların soyqırımı günü

  1998-ci ildən 31 mart Azərbaycan  Respublikasında dövlət səviyyəsində "Azərbaycanlıların soyqırımı günü" kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Bu və digər tarixi əhəmiyyətli hadisələri unutdurmamaq, şagirdlərin yaddaşında əbədiləşdirmək üçün məktəblərin fəaliyyət planında müxtəlif tədbirlərin  ilboyunca reallaşdırılması öz əksini tapır. Bu tədbirlər silsiləsindən 4 nömrəli məktəbdə 28-30 mart tarixində  "Azərbaycanlıların soyqrımının 100-cü ildönümü" nə həsr edilmiş rəsm sərgisi, xüsüsi dərs məşğələləri və debatlar keçirildi. Şagirdlərimizin bu faciə barəsində dərindən məlumatlandırılması üçün tarix və ədəbiyyat müəllimlərimiz, eləcə də məktəb rəhbərliyi müxtəlif səpkili işlər gördü

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi