Bilik yarışı

Yanvarın 25-də məktəbdə III c siniflər arasında riyaziyyat fənni üzrə “ Bilik yarışı” keçirildi. Qrupların birgə əməkdaşlığı, şagirdlərin fəallığı, söylədikləri şeirlər və ifa etdikləri rəqslər bəyənildi. Tədbirin sonunda qalib gəlmiş III c sinfi kubokla təltif olundu. Fəal şagirdlərə diplomlar təqdim edildi.