Türkan Uşaq Evi

C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi 30 dekabr tarixində “Türkan Uşaq Evi”ində keçirilən tədbirdə iştirak etmişdir. Tədbirdə “Türkan Uşaq Evi”nin şagirdləri tərəfində hazırlanmış bayram şənliyi hər kəsin zövqünü oxşadı.Kollektivimiz tərəfindən valideyn qayğısı və sevgisindən məhrum olan uşaqlara hədiyyələr paylandı və onlara qısa vaxt ərzində olsa da, öz dərin sevgimizi göstərməyə çalışdıq. Sonda xatirə şəkilləri şəkildi və biz oradan xoş təəssüratlarla ayrıldıq.