İlham Əliyev və qüdrətli Azərbaycan

“Tarix aylığı”çərçivəsində 27.12.2017-ci il tarixdə tarix müəllimi F.Ağalıyev və IX-X sinif şagirdlərinin iştirakı ilə “ Qüdrətli və zəngin Azərbaycan İlham Əliyev fəaliiyətinin təməl prinsipidir” adlı dəyirmi masa keçirildi. Dəyirmi masa möhtəşəm Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.
Tədbir iştirakçıları Ulu öndər H.Əliyevin yaratdığı Müstəqil Azərbaycan tarixində möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu fəaliyyətindən, möhkəm təməllər üzərində qurulan dövlətçilik ənənələrini layiqincə davam etdirilməsindən danışdılar.
Tədbir zamanı şagirdlərin ifa etdikləri şeirlər, nümayiş etdirilən video-çarxlar hamı tərəfindən rəğbətlə qarşılandı.Tədbirdə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş çıxışları və video-çarxa geniş yer verildi.