Dalğalan, üçrəngli bayrağım

Noyabrın səkkizində ”Dalğalan, üçrəngli bayrağım!” adlı tədbir keçirildi. Dahi sənətkar R.Behbudovun ifasında səslənən “Azərbaycan" mahnısı və doğma diyarın döyünən qəlbi olan Bakı şəhərində əzəməti ilə hamını heyrətə salmış “Bayraq meydanı” nı əks etdirən video-çarxla tədbirə giriş verildi. Daha sonra Azərbaycan Respublikası Dövlət Himni səsləndirildi. Tarix müəllimi Arzu Abbasova bayrağımızın tarixi salnaməsi haqqında geniş məlumat verdi.Tədbir zamanı şagirdlərin maraqlı çıxışları: söylədikləri şeirlər, səhnələşdirdikləri tamaşalar,"Sarı gəlin”in həzin musiqisi ilə ifa etdikləri rəqs hamı tərəfindən alqışla qarşılandı.Tədbirdə fəal iştirak edən şagirdlər məktəb rəhbərliyi tərəfindən "Fərqlənmə diplomu” ilə təltif edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi