18 oktyabr - Milli Müstəqillik Günü

Bildiyimiz kimi, 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bununla əlaqədar olaraq, hər ilin bu tarixində Respublikamızın bütün təhsil müəssisələrində beynəlxalq səviyyəli tədbirlər keçirilir. “Dövlət Müstəqiiliyi Günü” münasibətilə C.Cahangirov adına 4 N-li tam orta məktəbin şagirdləri və məktəbimizin kollektivi tərəfindən tədbir keçirildi. Həmin tədbirdə Müstəqillik Gününün Azərbaycan Respublikasına verdiyi tövhələrdən, Ümummilli liderimiz Heydər Əliyevin xalqımız, dövlətimiz uğrunda apardığı qərəzsiz mübarizədən, bu günümüz, gələcəyimiz naminə həyata keçirdiyi geniş miqyaslı işlərdən, xalqı və ölkəsi üçün əvəzsiz xidmətlərdən danışıldı. Bura dəvət olunan qonaqlar yüksək zövq və səylə hazırlanmış tədbiri bəyənərək, Ümummilli liderimiz haqqında səsləndirilən bu faktları təstiqlədilər. 18 Oktyabr tarixinin Azərbaycan xalqı üçün nə qədər dəyərli, əvəzsiz gün olması tarixi faktlarla əsaslandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi