1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü məktəbin foyesində ümumməktəb tədbiri ilə qeyd edildi. Tədbirdə iştirak edən şagirdlər şən əhval-ruhiyyə ilə şeirlər söylədilər, mahnılar, rəqslər ifa etdilər. Gənc idmançıların oynaq mahnı sədaları altında nümayiş etdirdikləri idman hərəkətləri hamı tərəfindən alqışla qarşılandı.