Nümunəvi dərs

12.05.2025- ci il tarixində məktəbin Texnologiya müəllimi Gülarə Əhmədovanın təşkilatçılığı ilə 6 b sinfində Azərbaycan Milli Mətbəxi mövzusunda nümunəvi dərs keçirildi. Dərsin məqsədi Azərbaycan Milli Mətbəxini tanıtmaq, şagirdlərə kulinariya mədəniyyətimizi sevdirmək, ənənəvi yeməklərimiz haqqında bilik vermək idi. Dərs zamanı tədqiqat apararaq qruplar üzrə şagirdlərin təqdimatları dinlənildi. Azərbaycan Milli Mətbəxi haqqında maraqlı faktlar, rollar üzrə oyunlar, mahnılar ifa olundu. “Dadını Tanı”- Azərbaycan Milli Mətbəxi üzrə Viktorina keçirildi.