Yaradıcılıq müsabiqəsi.

08.05. 2025-ci il tarixinda məktəbin Azərbaycan dili müəllimi Günel Bəşirinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlər həm yazdıqları şeirlər,həm də hekayələrlə çıxış etdilər. “Ən yaxşı hekayə” nominasiyası üzrə 10 a sinif şagirdi İsmayılov İlkin, “Ən yaxşı şeir” nominasiyası üzrə isə 10 a sinif şagirdi Mirzəyev Onur və 9 b sinif şagirdi Abdullayeva Məleykə mükafata layiq görüldü. Digər iştirakçılar da diplomlarla təltif olundu.