"7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində "Açıq dərs"

Məktəbdə informatika fənninin tədris keyfiyyətinin artırılması, şagirdlərin bu fənnə marağının gücləndirilməsi, innovativ tədris metodlarının tətbiqi və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi ilə informatika fənni üzrə fənn aylığı keçirilir. Fənn aylıqları çərçivəsində müvafiq dərslər öncədən müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir.
Bu məqsədlə məktəbimizin informatika müəllimi Gülüstan Məmmədəliyeva tərəfindən 2b sinfində “Klaviatura və siçan qurğusu” mövzusunda açıq dərs təşkil olunmuşdur. Dərsin məqsədi şagirdlərə kompüterin əsas giriş qurğuları haqqında ilkin biliklərin verilməsi, onların funksiyalarını izah etmək və istifadə qaydaları ilə tanış etmək olmuşdur.
Dərs siniflə iş və fərdi iş formasında təşkil olunmuş, şagirdlərin fəallığını artırmaq məqsədilə müxtəlif interaktiv üsullardan istifadə edilmişdir. Dərsdə vizual materiallardan və izahlı təqdimatdan istifadə edilmiş, şagirdlərin mövzuya olan marağını qorumağa və mövzunu daha asan qavramalarına şərait yaradılmışdır.
Şagirdlər verilən tapşırıqları fərdi şəkildə yerinə yetirmiş, dərs boyu fəal iştirak etmişlər.