İDMAN HƏFTƏSİ – SAĞLAMLIĞA VƏ QƏLƏBƏYƏ DOĞRU ADDIM!

            4-10 mart tarixlərində məktəbimizdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən İdman Həftəsi keçirildi. Bir həftə boyunca məktəbimizin şagirdləri sağlam həyat tərzinin ayrılmaz hissəsi olan idmanla yaxından tanış oldular, müxtəlif yarışlarda qüvvələrini sınadılar və sağlamlığın əsl dəyərini hiss etdilər!

İlk gün səhər gimnastikası ilə başlandı. Şagirdlərimizin çevikliyini və dözümlülüyünü artıran bu tədbir onlara günə enerjili başlamaq imkanı verdi. Daha sonra idman növləri haqqında maarifləndirici mövzular müzakirə edildi və idmançıların yarışlara psixoloji hazırlığı ilə bağlı dəyərli məsləhətlər verildi.

              Həftənin davamında idman viktorinaları və "Olimpiya oyunları uşaqların gözü ilə" adlı əl işləri müsabiqəsi məktəbdə yaradıcı və intellektual ab-hava yaratdı. Şagirdlər həm idman biliklərini sınadılar, həm də idmanın tarixi və dəyərləri haqqında öyrəndilər.

           

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi