21 fevral Beynəlxalq Ana dili günü

21.02.2025 tarixində C. Cahangirov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Abdullayeva Ülkər və Həsənova Aişənin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə şagirdlər ana dilinə olan məhəbbəti, hörməti özündə əks etdirən şeirlər söyləmiş, onun tarixi ilə bağlı məlumatları dinləyicilərlə paylaşmışlar. Həmçinin şagirdlər arasında dilimizin leksikologiyasını əhatə edən intellektual yarış keçirilmiş və qalib komanda sertifikatla mükafatlandırılmışdır. Tədbirin sonunda şagirdlərin ifasında "Şirin dil" mahnısı səsləndirilmişdir.