IX-XI sinif şagirdləri ilə görüş keçirildi.

07.01.2025-ci il tarixində Bakı şəhər Sabunçu rayonu C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis polkovnik-leytenant Eldəniz Kazımov və Sabunçu rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Rizvan Muxtarovun iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilmişdir.