MƏKTƏBDAXİLİ MONİTORİNQ
Məktəbin fəaliyyət planına uyğun olaraq C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə 8-9 və 5-6-cı siniflərdə buraxılış fənləri üzrə monitorinq keçirildi. Monitorinq materialları şagirdlərə iki variantda təqdim olunub. Dinləmə mətnləri dinləmə qurğuları vasitəsi ilə dinlədilib. Məqsəd Tədris dili, Riyaziyyat və Xarici dil fənlərindən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək, fənnin tədrisi vəziyyətini öyrənmək, tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan və təhlillərin nəticələrinə əsasən, standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdır.