" Qələbə bizimdir ! Qarabağ Azərbaycandır ! "

06.11.2024- cü il tarixində 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İbrahimova Ayselin təşkilatçılığı ilə 3 b sinif şagirdlərinin “ Qələbə bizimdir ! Qarabağ Azərbaycandır ! " adlı tədbiri baş tutdu.
Tədbir Zəfər Gününə həsr olunmuş Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tədbirdə qələbəmizi əks etdirən şeirlər, mahnılar və səhnəciklər şagirdlər tərəfindən təqdim olundu.