SU HÖVZƏLƏRİNDƏ BOĞULMA TƏHLÜKƏSİNƏ QARŞI MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLDİ

21.05.2024- cü il tarixində yay mövsümünün yaxınlaşması ilə əlaqədar Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinin qarşısını almaq məqsədilə məktəbin UBTR-i Ləman Əhmədova və həkimi Rüxsarə Quliyeva maarifləndirici tədbir keçirdilər. Bildiyiniz kimi su hövzələrində çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər. Çimərlikdə, su hövzələrində təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıq qoyulan nişanlara diqqət edilməsi suda boğulma hallarının artması ilə nəticələnir. Bütün bunların baş verməsini aradan qaldırmaq məqsədilə şagirdlərlə maarifləndirici söhbət aparıldı və xüsusi məlumatverici nişanlar haqqında məlumat verildi.